Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları ötüb

Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları ötüb

Tarix: 30 Avqust 2023 10:32

2023-cü ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 52 milyard 373 milyon dollara çatıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artaraq 20 milyard 78 milyon dollara, idxalı isə 10,5 faiz artaraq 32 milyard 295 milyon dollara çatıb.

"Bu ilin yanvar-iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 360 milyar 114 milyon dollar təşkil edib", - deyə nazirlikdən bildirilib.

Məlumata əsasən, bu ilin birinci rübündə Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 0,7 faiz azalaraq, 143 milyard 287 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 5 faiz artaraq 216 milyard 827 milyon dollar təşkil edib.

Milli.Az


Etiketlər:  Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ