Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindu dini lider Məkkəni işğal edib Kəbəni hindu məbədinə çevirməyə çağırdı - VİDEO

Hindu dini lider Məkkəni işğal edib Kəbəni hindu məbədinə çevirməyə çağırdı - VİDEO

Tarix: 30 Avqust 2023 14:12

Son zamanlar müsəlmanlara qarşı zülmü ilə gündəmə gələn Hindistan daha bir qalmaqala imza atıb. Hindu dini liderlərdən biri Yati Sarasvati Məkkəni işğal etməyə və Kəbəni hindu məbədinə çevirməyə çağırıb. 

Sarasvati deyib: "Hinduların böyük xəyalı var. Bu xəyal Vil Şavarkarın xəyalıdır, Şivacinin xəyalıdır. O xəyal gözlərimizdədir. Yalnız Əfqanıstanı və başqa müsəlman ölkələrini ələ keçirməməliyik. 

Məkkəni, oradakı Kəbəni işğal etməliyik. Orada öz məbədimizi tikməliyik. 

Oranı Qanqeşvar Mahadev kimi məbədimizə çevirməli, Zəmzəm suyunu axıtmalıyıq. 

Orada Makkaşvar Mahadev məbədi ucaltmalıyıq. 

Biz işğal etməsək, dünyada heç bir güc İslamı zəiflədə bilməz. Dünyanı İslam adlı xərçəng şişindən xilas etməliyik".

Milli.Az


Etiketlər:  Hindu dini lider Məkkəni işğal edib Kəbəni hindu məbədinə çevirməyə çağırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ