Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

83 yaşlı Al Paçino özündən 53 yaş kiçik sevgilisindən ayrıldı

83 yaşlı Al Paçino özündən 53 yaş kiçik sevgilisindən ayrıldı

Tarix: 7 Sentyabr 2023 20:10

83 yaşlı Hollivud ulduzu Al Paçino özündən 54 yaş kiçik prodüser sevgilisi Nur Əlfalladan ayrılıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, cütlük övladları dünyaya gələndən 3 ay sonra bu qərarı alıb. Bildirilib ki, Əlfalla övladının tam qəyyumluğunu istəyib. Məhkəmə sənədlərində Əlfalla ilə Paçinonun oğulları dünyaya gəldikdən altı gün sonra onu imzaladıqları əks olunub. Bu sənədlə aktyor körpənin atası olduğunu etiraf edib.

Həmçinin,o, Paçinodan vəkillik haqqını və işlə bağlı digər xərcləri ödəməyi tələb edib. Eyni zamanda, məhkəmə materiallarında alimentin konkret məbləği göstərilməyib.

Qeyd edək ki, iyunda Al Paçinonun 29 yaşlı Nurdan dördüncü övladının dünyaya gəldiyi deyilmişdi. Aktyor yaşı və səhhətindəki problemlərlə əlaqədar sevgilisindən DNT analizi tələb etmişdi. Buna razılıq verən Əlfalla testi vermiş və körpənin atasının Al Paçino olduğu üzə çıxmışdı.


Etiketlər:  yaşlı Paçino özündən yaş kiçik sevgilisindən ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ