Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN Moskva ilə Ankaranın Suriya ilə bağlı memorandumunun həyata keçirildiyini açıqladı

Rusiya XİN Moskva ilə Ankaranın Suriya ilə bağlı memorandumunun həyata keçirildiyini açıqladı

Tarix: 30 Oktyabr 2019 02:20

Bakı. Trend:

Moskva Suriyanın şimal-şərqində Rusiya-Türkiyə birgə fəaliyyət haqqında memorandumun həyata keçirildiyini hesab edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

A.Qruşko bildirib: "Memorandum həyata keçirilir. Həm yerdə, həm də siyasi kanallar vasitəsilə ən yaxın əməkdaşlıq qurulub".

22 oktyabrda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidəki görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin nizamlanması üçün birgə tədbirlər haqqında memorandum qəbul ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya XİN Moskva ilə Ankaranın Suriya ilə bağlı memorandumunun həyata keçirildiyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ