Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 17:00
Bir müddət əvvəl atası dünyasını dəyişən müğənni Vüqar Muradov ünvanına yazılan tənqidlərə cavab verib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bir çox toy sahibindən beh aldığını, məclisə gedəcəyini açıqlayıb:
"Mühasib, ticarətçi, müəllim və digərləri necə ki, əzizləri dünyasını dəyişəndə 3 mərasimini yola verib, işinə dönürlər, mənim də sənətim, işim oxumaqdır. Odur ki, əziz dostlar, yeni mövsümdə toylar və konsertlərdəyik. Xüsusən də beh aldığım toy sahibləri, məclislərinizi yüksək səviyyədə həmişəki kimi keçəcək. Kimsə qınasa məni buna görə əvvəldən deyim ki, atamı məndən çox istəyə bilməzsiz".