Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zorakılıqda ittiham olunan məşhur futbolçu komandadan uzaqlaşdırıldı - FOTO

Zorakılıqda ittiham olunan məşhur futbolçu komandadan uzaqlaşdırıldı - FOTO

Tarix: 10 Sentyabr 2023 21:58

İngiltərənin "Mançester Yunayted" futbol klubunun braziliyalı hücumçusu Antoni ailədaxili zorakılıq iddialarından sonra növbəti qərara qədər komandadan uzaqlaşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klubdan verilən açıqlamada "Milli komandaların oyunlarında iştirak etməyən futbolçular bazar ertəsi məşqlərə qayıdacaqlar. Braziliyalı hücumçunun dönüşü ona qarşı irəli sürülən ittihamlara baxılması üçün növbəti bildirişə qədər təxirə salınacaq. Klub hər hansı qəddarlıq və zorakılığın təzahürlərini pisləyir", - deyə bildirilib.

Antoni özü isə qərarın birgə qəbul edildiyini və komandada sağlam mühitin qorunmasına hesablandığını bəyan edib.

Qeyd edək ki, hücumçu Braziliya millisindən də kənarlaşdırılıb.

Xatırladaq ki, futbolçunun keçmiş sevgilisi Qabriela Avallin açıqlamasına görə, Antoni 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər dəfələrlə ona hücum edib. Qadın San-Paulu polisinə şikayət edib. Mançester polisi hücumçunun məişət zorakılığında ittiham olunduğu iddialarla bağlı araşdırmaya başlayıb. Daha iki keçmiş sevgilisi Antoniyə qarşı ittiham irəli sürüb. Futbolçunun özü isə "Instagram" səhifəsində heç vaxt qadınlara qarşı fiziki təcavüzə əl atmadığını qeyd edib.

Antoni 23 yaşındadır və 2022-ci ilin avqustundan "Mançester Yunayted"də çıxış edir. Bu mövsüm futbolçu İngiltərə çempionatında heç bir qol vurmadan dörd oyun keçirib. Forvard Braziliya millisində 16 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Zorakılıqda ittiham olunan məşhur futbolçu komandadan uzaqlaşdırıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ