Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyanla Ərdoğan arasında telefon danışığı oldu

Paşinyanla Ərdoğan arasında telefon danışığı oldu

Tarix: 11 Sentyabr 2023 18:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Məlumata görə, söhbət zamanı Ermənistan-Türkiyə münasibətləri və regional məsələlər müzakirə edilib.

Paşinyan və Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcəyini vurğulayıblar. Onlar bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini də qeyd ediblər.

Milli.Az


Etiketlər:  Paşinyanla Ərdoğan arasında telefon danışığı oldu


RƏYLƏR