Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sergey Lebedev: Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir

Sergey Lebedev: Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir

Tarix: 30 Oktyabr 2019 11:51

Bakı. Elçin Mehdiyev - Trend:

MDB-yə üzv ölkələrdə bizim ümumi və həmçinin, milli təhlükəsizliyimizin təmin olunması üçün müvafiq orqanlarla əməkdaşlığın və addımların koordinasiyasına xüsusi diqqət yetirilir.

Trend-in məlumatına görə, bunu MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirlərinin Şurasının 77-ci iclasında çıxışı zamanı bildirib.

Sədr qeyd edib ki, inteqrasiyanın bu sahəsi iştirakçı ölkələrin, həmçinin, MDB-nin özünün sabitliyinin qorunması üçün önəmli faktorlardan biri olaraq qalır: "Çox təəssüflər olsun ki, bizim Anapa şəhərində baş tutan son görüşümüzdən bəri dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək konflikt potensialı hələ də qalmaqdadır. Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı bizə məlum olan ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir. Kosmik məkanda silah yerləşdirmək cəhdləri də davam etdirilir. Bizim birliyin Qərb sərhədlərində NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi, aktivliyini artırması xüsusi narahatlıq doğurur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sergey Lebedev Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı ayrı ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ