Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2023 08:40
Dünyada təxminən 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bəyanatında deyilir.
Eyni zamanda, BTİ-dən internetə qoşulmayanların sayının ildən-ilə azaldığı vurğulanıb və müqayisə üçün 2022-ci ildə bu göstəricinin 2,7 milyard olduğu vurğulanıb.
Qeyd olunub ki, hazırda dünya əhalisinin 67 faizini təmsil edən 5,4 milyard insan internetə qoşulub.
BTİ-nin məlumatına görə, internetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. 2022-ci ildə bu tip ölkələrdə internet istifadəçilərinin sayı 17% artıb.