Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktrisa ilk dəfə boşanmasından danışdı

Məşhur aktrisa ilk dəfə boşanmasından danışdı

Tarix: 13 Sentyabr 2023 19:58

Məşhur aktrisa Ceyda Düvenci aparıcısı olduğu "Bam Başka Sohbetler"in ilk bölümündə Bülent Şakrakla boşanmasından danışıb.
 
Sonxeber.net azxeber.com-a istinadən bildirir ki, aktrisa ağır çətinliklərdən sonra boşandığını dilə gətirib.

Ceyda Düvenci açıqlamasında, "Həyatımın dəyişdiyi bir yay idi. İndi yaxşıyam. Bəli, bir az çətin idi, amma indi hər kəsin yaxşı olduğu, hər birinə uyğunlaşa biləcəyimiz bir payızı qarşılayıram. Bizim yeni həyatımızda başqa, uşaqlarımız isə hər şeyi qəbul edir və tədricən yeni nizama alışırlar", - deyib.

Ceyda Düvenci fikirlərini belə davam etdirib:

"Həyatda bəzən gözlənilməz dəyişikliklər olur. Günün sonunda bütün emosiyaları ədalətlə yerinə yetirməklə aşmaq, sonra qaldığı yerdən yoluna davam etmək və əlaqələri köhnəltmədən müəyyən bir hörmət çərçivəsində davam etdirmək yaxşıdır".


Etiketlər:  Məşhur aktrisa dəfə boşanmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ