Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oktyabrın 1-dən taksi qiymətləri ARTACAQ? - ŞƏRH - FOTO

Oktyabrın 1-dən taksi qiymətləri ARTACAQ? - ŞƏRH - FOTO

Tarix: 13 Sentyabr 2023 22:54

"Avtomobil nəqliyyatı haqqında" qanunda edilmiş dəyişikliklər oktyabr ayının 1-dən etibarən tətbiq ediləcək.

Yeni qaydalara əsasən, Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə məcburi şəkildə taksometr quraşdırılmalıdır.

Belə ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gediş haqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Maraqlıdır, taksilərə bu cür tələblərin qoyulması qiymət artımına səbəb olacaq?

Milli.Az xəbər verir ki, mövzu ilə əlaqədar Oxu.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, hazırda əsas məqsəd cəmiyyət olaraq, keyfiyyətli və təhlükəsiz taksi xidmətinə nail olmaqdır. Ekspert düşünür ki, dövlət də bu istiqamətdə məsələləri həll etmək üçün yeni qaydalar tətbiq edir:

"Artıq qanunlara müvafiq dəyişikliklər edilib. Ümid edirik ki, yeni mövsümdə taksi fəaliyyətində artıq nizam, intizam yaranacaq.

Qiymət məsələsinə gəlincə, taksi qiymətləri, dəyişən tarifdir, bunu müxtəlif amillər formalaşdırır. Əsas məsələ burada tələb və təklif amilidir. Əgər taksiyə tələb artacaqsa, taksi sayı azalacaqsa, bu zaman qiymətlərin yüksələcəyini proqnozlaşdırmaq olar. Lakin indiki dövrdə taksi qiymətləri kəskin yüksəlməyəcək, ya da enməyəcək. Düşünürəm ki, taksi qiymətlərinin sabit qalmasını müşahidə edəcəyik. Cüzi bahalaşma olması mümkündür, amma bu da dediyim kimi gələcəkdə taksilərə tələb artarsa, baş verəcək".

Eldəniz Cəfərov onu da vurğulayıb ki, Azərbaycanda taksi fəaliyyəti artıq liberal sahəyə çevrilib:

"İstənilən şirkət, yerli və ya beynəlxalq olmasından asılı olmayaraq, taksi fəaliyyəti ilə məşğul ola bilər. Fiziki şəxslər belə mobil tətbiqlər, digər aqreqatorlar vasitəsilə rahatlıqla Azərbaycanda taksi sürə bilərlər. Ona görə, taksi qıtlığı yaranması müzakirə mövzusu belə deyil".

Milli.Az


Etiketlər:  Oktyabrın 1 dən taksi qiymətləri ARTACAQ ŞƏRH FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ