Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolik və Nadir Brilliantla Lalənin BARIŞIĞINI qeyri-səmimi ADLANDIRDI – FOTO

Tolik və Nadir Brilliantla Lalənin BARIŞIĞINI qeyri-səmimi ADLANDIRDI – FOTO

Tarix: 16 Sentyabr 2023 22:00

Xəbər verdiyimiz kimi, Əməkdar artist Lalə Məmmədova ötən gecə məkanların birində doğum gününü qeyd edən Xalq artisti Brilliant Dadaşovanın məclisinə gələrək, onunla barışıb. 

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, illərdir, küsülü olan sənətçilərin bu barışığı bir sıra şou-biznes nümayəndələri tərəfindən səmimi qarşılanmayıb. 

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) və müğənni Nadir Qafarzadə sosial şəbəkədə yayılan barışıq videosuna şərh yazıblar. Onlar Məmmədova ilə Dadaşovanın barışığına inanmayıb, qeyri-səmimi adlandırıblar. 

"Heç kim məndən inciməsin. İncisə də gedib su içsin. Mənə bu görüntü heç də səmimi gəlmədi", - deyə Tolik yazıb. 

Nadir isə Elzanın repertuarında yer alan "Son vida" mahnısının nəqarət hissəsinin sözlərini yazaraq, şəxsi münasibətini bildirib. 

Milli.Az


Etiketlər:  Tolik Nadir Brilliantla Lalənin BARIŞIĞINI qeyri səmimi ADLANDIRDI FOTO


RƏYLƏR