Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 15:24
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparıldı.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin