Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2023 15:03
"Evdə temperatur +20-22°C olmalıdır - bu, bütün yaşayış binaları üçün eyni standartdır".
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə dermatoveneroloq, ekspert Roman İvanov məlumat verib.
Onun sözlərinə görə, yataq otağında temperatur bir qədər aşağı ola bilər - +18-20°C:
"Belə şəraitdə yuxu daha güclü və sağlam olacaq. Qonaq otağı və uşaq otağı daha isti olmalıdır - +22 ° C-ə qədər. Mətbəxdə +17-18°C temperatur saxlamaq daha faydalıdır. Çünki bişirmə zamanı kifayət qədər böyük miqdarda istilik əmələ gəlir. Bu da otağı çox qızdıra bilər".
Ancaq hamamda istilik +24-26 ° C olmalıdır. Bu otaqda yüksək rütubət demək olar ki, həmişə qalır və temperatur çox aşağı olarsa, xəstəliklərə səbəb olur.