Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həmyerlimizə “Fənərbağça” - “Norşellann” oyununda yeni təyinat

Həmyerlimizə “Fənərbağça” - “Norşellann” oyununda yeni təyinat

Tarix: 18 Sentyabr 2023 17:16

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, funksioner Konfrans Liqasının qrup mərhələsində Türkiyədə "Fənərbağça" və Danimarkanın "Norşellann" komandası arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 21-də İstanbulda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Milli.Az


Etiketlər:  Həmyerlimizə Fənərbağça Norşellann oyununda yeni təyinat


RƏYLƏR