Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2023 17:20
" "TikTok" ölkədə dayandırılıb. Kim VPN-lə "TikTok"a girib canlı yayım açsa, kimliyindən asılı olmayaraq həmin adamı yıxıb-sürüyəcəm".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb.
Tarix Əliyev hazırkı şəraitdə "TikTok"a girib, qazanc əldə etmək istəyənləri sərt tənqid edib:
"Qeyrətli oğullar canından keçir, şəhid olur, siz isə camaatdan istifadə edib, "jeton" dilənirsiniz. Bir neçə gün "jeton" dilənməsəniz, heç nə olmaz".