Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

Tarix: 20 Sentyabr 2023 22:42

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.

Azərbaycanın Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.

Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.


Etiketlər:  Müdafiə Nazirliyi məlumat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ