Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google” hesabı oğurlandıqda nə etməliyik?

“Google” hesabı oğurlandıqda nə etməliyik?

Tarix: 23 Sentyabr 2023 07:08

"Google" adətən istifadəçiləri həddindən artıq hesab və ya şübhəli fəaliyyət barədə xəbərdarlıq edir. Bu bildirişlərə laqeyd yanaşmamaq lazımdır. Həmçinin, təkcə bu xəbərdarlıq da kifayət deyil.

"Google" hesabınızda qəribə, sizə yad olan fəaliyyətlər və axtarışlar görsəniz, bu profilinizin oğurlandığı deməkdir. Buna görə daim hazır olmalı, hesabınızın təhlükəsizliyini nəzarətdə saxlamalısınız.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, kibertəhlükəsizlik mütəxəssisləri hesabınızın sındırıldığını göstərən işarələri sizə təqdim edir: 

Hesabda şəxsi məlumatlarda(məsələn, telefon nömrəsi) və ya bilmədiyiniz digər parametrlərdə dəyişiklik olub. 

Naməlum bir cihaz aktiv girişlər siyahısında göstərilir. Cihazların sayını "Təhlükəsizlik" bölməsindəki "Cihazlarınız" hissəsində görə bilərsiniz. 

Naməlum istifadəçilər icazə vermədiyiniz "Google Disk" fayllarına daxil olublarsa, bu da hesabınızın oğurlandığına işarədir. 

Bəs, bu zaman nə etmək lazımdır? 

Əvvəlcə hesabınıza daxil olub, dərhal parolunuzu dəyişdirin. Digər proqramlar və vebsaytlar üçün eyni parolları və "Google" hesabınızda saxlanılan şifrələrinizi də yeniləyin.  

Daxil olduğunuz cihazların siyahısına baxın. Bütün naməlum cihazları silin. Bütün parametrləri yoxlayın və əgər varsa, tanış olmayan dəyişiklikləri düzəldin.

Hesabınıza girişi artıq itirmisinizsə, bərpa funksiyasından istifadə edin. Siz əsas suallara cavab verməli və yaxınlıqda hesabın qeydə alındığı poçt və ya telefon nömrəsinə sahib olmalısınız.


Etiketlər:  Google hesabı oğurlandıqda etməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ