Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şagirdlərin məktəb yolu qəbiristanlıqdan keçir - VİDEO

Bu şagirdlərin məktəb yolu qəbiristanlıqdan keçir - VİDEO

Tarix: 23 Sentyabr 2023 13:28

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nur yaşayış massivində yerləşən 314 nömrəli məktəbin şagirdləri təhsil üçün qəbiristanlıqdan keçməli olurlar.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, şagirdlər hər gün dərsə məzar daşlarının arası ilə gedib - gəlirlər.

Valideynlər deyirlər ki, ötən ilə qədər məktəbə qəbiristanlığın kənarı ilə bir neçə yol var idi. Lakin indi hamısı özəlləşdirilib.

Sakinlərin iddiasına görə, bu məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Sözügedən problemlə bağlı Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarov bildirdi ki, məsələ araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  şagirdlərin məktəb yolu qəbiristanlıqdan keçir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ