Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 12:00
Xəbər verdiyimiz kimi, ombasına dolğu vurdurduqdan sonra ağır fəsadlarla üzləşən azərbaycanlı model Leyla Mirzəliyeva bir neçə gün əvvəl yenidən əməliyyat olunub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə model özü instaqramda məlumat yayıb.
O, özünü yaxşı hiss etmədiyini və hələ də ağrıları olduğunu qeyd edib. Dünən axşam isə model ağlayan görüntülərini paylaşaraq çətin günlər yaşadığını bir daha bildirib.
Qeyd edək ki, Leyla Mirzəliyeva süni gelləri bədənindən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına uzandığını açıqlayıb.