Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 11:50
Ermənistanda məhkəmə İrəvanın keçmiş meri Albert Bazeyanı ölkənin Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlığında ittiham edərək həbs edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Bazeyanın vəkili Georgi Melikyan açıqlayıb.
Məlumata görə, sabiq mer ittihamları qəbul etmir.
Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin daha əvvəl yaydığı məlumata görə, sentyabrın 23-ü Bazeyan və daha 7 nəfər Paşinyana qarşı sui-qəsdə hazırlıqda ittiham olunaraq saxlanılıblar.
Onu da xatırladaq ki, A.Bazeyan 1999-cu ildən 2001-ci ilə qədər İrəvanın meri olub.