Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovun cəzasının müddəti bilindi

Qurban Qurbanovun cəzasının müddəti bilindi

Tarix: 27 Sentyabr 2023 14:58

AFFA İntizam Komitəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 1 oyunluq cəzalandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna 51 yaşlı mütəxəssisin "Qəbələ"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun oyununda ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulması səbəb olub.

Ağdam təmsilçisi buna görə 1000 manat cərimələnib. Komandanın müdafiəçisi Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Sınaq müddəti 3 ay təyin edilib.

"Qəbələ"nin məşqçisi Rasim Ramaldanov 2 matçlıq cəzaya məruq qalıb. Mütəxəssis həmin qarşılaşmada meydana daxil olaraq rəqib futbolçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün cəzalanıb. "Qırmızı-qaralar" bu səbəbdən 1000 manat ödəməli olacaq. Bundan əlavə, meydan sahibləri 5 üzvü sarı vərəqə aldığı üçün əlavə 700 manat ödəyəcək.

İntizam Komitəsi "Qarabağ"a xəbərdarlıq edib. "Köhlən atlar"ın azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.

Milli.Az


Etiketlər:  Qurban Qurbanovun cəzasının müddəti bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ