Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Haqqınızı halal edin, ocağı sönənlər" - Sənət adamlarının Anım günü ilə bağlı PAYLAŞIMLARI

Tarix: 27 Sentyabr 2023 23:00

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkədə minlərlə paylaşım edilib. 

Sənət adamları da Anım günü ilə bağlı paylaşımlar ediblər. Onlar arasında Xalq artistləri Aygün Kazımova, Nəzakət Teymurova, Mehriban Zəki, Brilliant Dadaşova və başqaları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar. 

B.Dadaşova "İndi həm düşünən, həm ağlayıb, gülən, xəyallarda yaddaşıma bürünən, şad xuraman görünən, yaralı bir ürəyəm, fırtınayam, küləyəm. Gah arzu, gah diləyəm. Düşmənə qarşı ola bilmədim qəddar. Kökümdə var mərhəmət, yaxşıyam, deyiləm özümə görəyəm. Yaralarımdan axan qan kimi bir giləyəm. Məni qınamayın, rəhimliyəm mən beləyəm... Yaşasam da,ölsəm də vətənimə gərəyəm..." deyə, paylaşımında yazıb. 

Aparıcı Afaq Gəncəli isə paylaşımında "30 illik işğal tarixini 44 günlük zəfər tarixi ilə əvəz edən şəhidlərimizi hörmətlə, qürurla anırıq. Müqəddəs qanınızla yoğrulan torpaqda ucaltdığınız üçrəngli bayraq dalğalandıqca ruhunuza minnətdarıq... Azərbaycan xalqı Sizi heç vaxt unutmayacaq!" sözlərini qeyd edib. 

Meyxanaçı Namiq Qaraçuxurlu isə "Haqqınızı halal edin, ocağı sönənlər! Qürurunuz təsəllimizdir!" sözləri ilə şəhidlərin xatirəsini anıb.

Milli.Az


Etiketlər:  Haqqınızı halal edin ocağı sönənlər Sənət adamlarının Anım günü ilə bağlı PAYLAŞIMLARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ