Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA rəsmisi “Beşiktaş”ın matçına təyinat aldı

AFFA rəsmisi “Beşiktaş”ın matçına təyinat aldı

Tarix: 28 Sentyabr 2023 11:28

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Beşiktaş" və İsveçrənin "Luqano" komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də İstanbulda gerçəkləşəcək.

Milli.Az


Etiketlər:  AFFA rəsmisi Beşiktaşın matçına təyinat aldı


RƏYLƏR