Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib

Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib

Tarix: 30 Sentyabr 2023 16:10

Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib.

Milli.Az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reinteqrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub.

Cari ildə 2247 imtiyazlı şəxsin, o cümlədən 300-dən çox şəhid ailəsi üzvünün sanatoriya-kurort yollayışı ilə təmin edildiyi diqqətə çatdırılıb.

Milli.Az


Etiketlər:  Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib


RƏYLƏR