Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Khole Kardaşyanın “xədim etmə” eyhamı böyük səs-küyə səbəb oldu - FOTO

Khole Kardaşyanın “xədim etmə” eyhamı böyük səs-küyə səbəb oldu - FOTO

Tarix: 2 Oktyabr 2023 01:25

Dünyaca məşhur model Khole Kardaşyanın "xədim etmə" eyhamı böyük səs-küyə səbəb olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Khole Kardaşyan bir müddət əvvəl ailəsi ilə birlikdə yer aldığı "The Kardashians" realiti-şousunda keçmiş sevgilisi Tristan Tompson ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Yaxın dostu Malika Haqqla şam yeməyinə çıxan Khloe, dostunun "Bəlkə ailənizi xilas etməyə cəhd edə bilərsiniz" sözlərinə belə cavab verib:

"Tristanın mənə etdiklərini kimsə qızıma etsəydi, yəqin ki, o adamı xədim edərdim və bunu edərkən gülümsəyərdim".

Milli.Az


Etiketlər:  Khole Kardaşyanın xədim etmə eyhamı böyük səs küyə səbəb oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ