Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Depozit Mərkəzinin İdarə Heyəti yeni tərkibdə - ADLAR

Milli Depozit Mərkəzinin İdarə Heyəti yeni tərkibdə - ADLAR

Tarix: 2 Oktyabr 2023 10:04

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.

Sonxeber.net xəbər verir ki, bununla bağlı Müşahidə Şurası sentyabrın 28-də qərar verib.

Qərara əsasən, MDM-in İdarə Heyəti sədrinin müavini Rəna Aydın qızı İsgəndərova, İdarə Heyətinin üzvü isə Ramin Qələnfər oğlu Nurəhmədov təyin edilib.

Qeyd edək ki, Rəna İsgəndərova 2017-ci ildən yeni vəzifəsinə qədər beynəlxalq məsləhət şirkəti olan "Ernst & Young"da baş mütəxəssis, audit üzrə menecer vəzifələrində çalışıb. Ramin Nurəhmədov isə 2023-cü ilin iyul ayından etibarən Milli Depozit Mərkəzində fəaliyyətə başlayıb və İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.


Etiketlər:  Milli Depozit Mərkəzinin İdarə Heyəti yeni tərkibdə ADLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ