Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2023 11:09
Eyni zamanda, Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfddaşlıq haqqında bəyannamə imzalayıb. Bu onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında deyib.
Azərbaycanın iki mühüm beynəlxalq təsisatın İƏT-in və Avropa Şurasının üzvü olduğunu xatırladan dövlətimizin başçısı vurğulayıb: "Azərbaycan azsaylı ölkələrdən biridir ki, hər iki təssiatın üzvüdür. Bu iki vacib təşkilat 100-dən artıq ölkələri birləşdirir".