Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya Ukraynada İkinci Dünya müharibəsindəki taktikadan istifadə edir''

''Rusiya Ukraynada İkinci Dünya müharibəsindəki taktikadan istifadə edir''

Tarix: 4 Oktyabr 2023 20:08

"Rusiya komandanlığı Ukraynaya qarşı müharibədə "elastik müdafiə" taktikasından istifadə edir".

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "New York Times" nəşri yazıb.

Bildirilib ki, Rusiya qoşunları əvvəlcə bilərəkdən mövqeləri əldən verir, sonra isə cavab zərbələri endirirlər. Məqsəd Ukayna qoşunlarının möhkəmlənməsinə mane olmaqdır.

Ekspertlərin sözlərinə görə, bu, uzunmüddətli hərbi taktikadır.

Həmçinin, qeyd olunub ki, Rusiya ordusunun işğal etdiyi əraziləri minalaması da Ukraynanın əks-hücumlarına mane olan əsas məqamlardandır.

Qeyd edək ki, bu taktika yeni deyil. İkinci dünya müharibəsi vaxtı, 1943-cü ildə Sovet İttifaqı Almaniyaya qarşı döyüşlərdə bu taktikadan istifadə etmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna qoşunları bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu daha əvvəl bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putin döyüş meydanındakı vəziyyətin dəyişməsi üçün müdafiə naziri Sergey Şoyquya 1 ay vaxt verib.


Etiketlər:  Rusiya Ukraynada İkinci Dünya müharibəsindəki taktikadan istifadə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ