Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putindən nüvə silahı açıqlaması: Yalnız bu halda...

Putindən nüvə silahı açıqlaması: Yalnız bu halda...

Tarix: 6 Oktyabr 2023 00:24

"Əgər Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranarsa, biz nüvə silahından istifadə edəcəyik".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlaması zamanı bildirib.

"Ağılı və yaddaşı yerində olan birinin Rusiyaya qarşı nüvə silahından istifadə etməyi fikirləşəcəyini düşünmürəm. Rusiyanın hərbi doktrinasında ölkənin nüvə silahından istifadə etməsinin iki mümkün səbəbi var. Birinci bizə qarşı nüvə silahının tətbiqi, yəni buna cavab olaraq əks-hücum tədbiri. İkinci səbəb isə Rusiya dövlətinin varlığına təhlükənin olmasıdır", - deyə Putin bildirib.

Nüvə silahları ilə bağlı Rusiyanın hərbi doktrinasında hər hansı dəyişikliyə ehtiyac olmadığını vurğulayan Putin, bu gün Rusiya dövlətinin varlığını təhdid edəcək heç bir vəziyyətin olmadığını da qeyd edib.


Etiketlər:  Putindən nüvə silahı açıqlaması Yalnız halda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ