Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türklər fransız zəncirini belə “qırdı” – 40 əvvəl qurulan...

Türklər fransız zəncirini belə “qırdı” – 40 əvvəl qurulan...

Tarix: 7 Oktyabr 2023 00:16

2020-ci ildə türk sahibkar ailəsi tərəfindən satın alınan Fransanın ən məşhur geyim markası "Naf Naf" iflasla üz-üzədir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, sentyabr ayında Fransanın "Bobigny" Ticarət Məhkəməsinin qərarı ilə "Naf Naf" üçün qəyyumluq işi başlanıb.

Qərarla marka üçün 6 aylıq müşahidə müddəti müəyyən edilib.

1973-cü ildə qurulan "Naf Naf" o zaman sahibi olan Çin qrupunun "La Chapelle" rəhbərliyi altında böyük böhrana girir. 2020-ci ildə məhkəmə qərarı ilə "Naf Naf" Səlcuk Yılmazın qurduğu "SY Corporate" adlı şirkət tərəfindən satın alınıb.

O dövrdə 1170 işçisi və 160 mağazası olan "Naf Naf"ın ən böyük borcu Səlçuk Yılmazın idarə etdiyi "SY Corporate" adlı türk şirkətinə olub. Yılmaz qardaşları 4 milyon avro borc götürmək əvəzinə brendi satın alıblar. Ancaq 2020-ci ildən bəri modalar zənciri yenidən pis günlər yaşamağa başlayıb.

Yılmaz qardaşları brendi ayaqda saxlamaq üçün ödəniş planı hazırlamağa başlayıblar. Birlik rəsmisinin sözlərinə görə, "Naf Naf" rəhbərliyinin bərpa planı ümumilikdə 20-yə yaxın mağazanın bağlanmasına və baş ofisin dəyişməsinə səbəb ola bilər. İlk restrukturizasiya bu ilin ikinci rübündə baş tutub, şirkətin baş ofisində 27 nəfər işdən çıxarılıb. 2023-cü ilin əvvəlində isə baş menecer də daxil olmaqla bir çox idarəçi vəzifəsindən ayrılıb.

"Naf Naf" hazırda təxminən 215 satış nöqtəsinə malikdir. Məlumata görə, şirkətin ümumi satışları 165 milyon avro ətrafındadır. 2022-ci ildə 660 nəfərin çalışdığı Fransa bazarından əldə edilən gəlir təxminən 141 milyon avro təşkil edib.

Qeyd edək ki, Səlcuk Yılmaz və qardaşlarının qurduğu "SY Corporate" şirkəti Fransanın məşhur hazır geyim mağazalarına tədarük edir. Ailə 40 il əvvəl, yəni 1984-cü ildə Fransaya köçüb və toxuculuq sənayesində böyüyüb. Hazırda şirkətin Fransa, Türkiyə və Tunisdə ən azı 1200 işçisi var.


Etiketlər:  Türklər fransız zəncirini belə qırdı əvvəl qurulan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ