Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bergüzar Koreli belə lağa qoydu - VİDEO

Bergüzar Koreli belə lağa qoydu - VİDEO

Tarix: 7 Oktyabr 2023 21:10

Türkiyəli aktyor Sergen Deveci həmkarı Bergüzar Korelin tənqidlə qarşılanan açıqlamasının ardından onu lağa qoyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu barədə sosial media hesabında paylaşıb.

"Bunu yayımlamaqda məqsədim odur ki, insanlar biz aktyorların həyatının gül-gülüstanlıq olduğunu düşünməsinlər. Saat 3-ün yarısıdır və 7-dən çəkilişdəyik. Səhər 6-nın yarısı məni götürmək üçün maşın gəlir. Arxada yeməyim üçün hisə verilmiş hinduşka qoyulur. Mən ömrümdə bunu yeməmişəm və bunu heç məndən soruşan da yoxdur. Bilmirəm bu serialları izləyirsiniz, ya yox, amma sizə and içə bilərəm ki, üzərimdəki bu gün dəyişdiyim 4-cü kostyumumdur. Rolumu ifa edirəm, birdən rejissor "kəsdik" deyir. Baxıram, "əla idi" söyləyir və təkrar çəkəcəyimizi əlavə edir. Burada süd olmadığı üçün kənardan sifariş verirəm. Nə vaxt maşınım gələcək onu belə bilmirəm. İndi karavandayam və təkəm. Kondisioner də açıqdır. Həyatım boyunca istifadə etməmişəm, xəstə olmaq riskim var" deyə, Sergen ironiya ilə fikirlərini çatdırıb.

Qeyd edək ki, 2009-cu ildə həmkarı Halit Ergençlə evlənən Bergüzarın 3 övladı var. O, 7 ildən sonra ekranlara qayıdan aktrisa hazırda "Düğün" serialında rol alır. O, bir müddət əvvəl peşəsinin çətinliyindən şikayətləndiyi paylaşım etmişdi ki, bu da izləyicilərin tənqidlərinə tuş gəlməsi ilə nəticələndi.

Milli.Az


Etiketlər:  Bergüzar Koreli belə lağa qoydu VİDEO


RƏYLƏR