Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2023 01:25
33 yaşlı Selin Gül iyul ayında Gökselin İBB Cemil Topuzlu Harbiye Açıq Hava Teatrında baş tutan konsertində bədbəxt hadisə nəticəsində eşitmə qabiliyyətini itirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, baş verən qəzadan sonra sol qulağının eşitmə qabiliyyətini 65 faiz itirdiyini deyən Selin Gül müğənnini məhkəməyə verib. Gül müalicə prosesi zamanı konserti təşkil edən şirkətin vəkili, daha sonra isə Gökselin meneceri ilə əlaqə saxladığını və xəstəxana xərclərinin qarşılanacağına dair söz aldığını, lakin xərclər qarşılanmadığı üçün sonradan 400 min lirə mənəvi təzminat tələb etdiyini deyib. Gənc qadının sözlərinə görə, hadisədən sonra vəkili də Gökselin meneceri tərəfindən təhdidə məruz qalıb. O, həmçinin xəstəxana xərclərini qarşılamaq üçün avtomobilini satdığını bildirib.
Məlumat üçün xatırladaq ki, atəşfəşanlıq alovlanarkən səhnəyə yaxın oturan Selin Gülün başına platformadan qopan dəmir parçası düşüb. Dəmir parçası daha sonra onun yanında oturan qadının əlini yaralayıb. Hər ikisi qanlar içində xəstəxanaya çatdırılıb.