Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2023 18:12
Tərtər rayonunun 1 saylı körpələr evi-uşaq bağçasının divarları çat, döşəməsi qırıq, tavanı isə çökmüş vəziyyətdədir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, yağan yağış suları dam örtüyü və tavandan binanın içərisinə tökülür.
Ötən əsrdə tikilən bina bu vaxta qədər əsaslı təmir olunmadığından hazırda uçmaq təhlükəsi var. Binanın hasarlarında iri çatlar əmələ gəlib. Döşəmədən isə bir başa zirzəmi görsənir.
Sakinlər bildirir ki, köhnə binanın zirzəmisində siçanlar çoxdur. Hətta, az yaşlı uşaqlara xəsarət də yetiriblər.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin Tərtər sektorundan şifahi olaraq bildirilib ki, sözügedən bağçanın vəziyyəti ilə əlaqədar müvafiq qurumlara məlumat verilib. Bağçanın yenidən tikilməsi nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: