Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqsanə: “Təranə qızımın adına “odnoklassnik”də səhifə açıb, onu biabır etmişdi” - VİDEO

Rəqsanə: “Təranə qızımın adına “odnoklassnik”də səhifə açıb, onu biabır etmişdi” - VİDEO

Tarix: 11 Oktyabr 2023 12:10

Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı Suel efirə çıxaraq anasından imtina etdiyini və bu məsələdə dövlət qurumlarının ona kömək etmələrini istəyib. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir  ki, məsələnin həll olması ilə bağlı müğənni Rəqsanə İsmayılova "Səni axtarıram" ictimai-sosial verilişinə gəlib. 

Müğənni illər əvvəl onun yanında çalışan prodüserin xoşagəlməz əməllərindən söz açıb: 

"Suelin bura müraciət etməsinin səbəbi odur ki, mən hər zaman Azərbaycanda olmuram. Mən çıxıb gedəcəyəm. Və mənim ixtiyarım yoxdur ki, o, uşağı özümlə harasa aparım. O uşağın qəyyumu, anası, bacısı, xalası qızı deyiləm. Allah qismət edib ki, Təranə mənim başıma açdığı oyunlardan sonra...

Bu həyat bumeranqdır. Təranə mənim 14 yaşımda qızımın adına "odnoklassniki.ru" saytında səhifə açıb, onu biabır edib. Amma Allah onun 14 yaşında qızını qabağıma çıxarıb, mən isə ona qucaq açmışam. Mən icazə vermirəm ki, o uşağın adına ləkə gəlsin. Mən onu şəxsi şürücü və mühafizəçimlə  göndərirəm məktəbə, müəllimləri ilə hər gün əlaqə saxlayıram.

Hətta o gün restorana getmişəm, bir nəfər mənə yaxınlaşıb deyir ki, sən öz uşaqlarını niyə Təranənin qızı ilə gətirib bir yerdə yemək yeyirsiniz? İnsanların fikirlərinə baxın... Heç zaman mən uşaqdan heyif çıxmaram. Bu mənim nə həyat kitabımda var, nə dəki vicdanımda var.

20 ildir ki, müğənniyəm, ortalıqdayam, barmağınızı qatlayın ki, mən bir adama pislik etmişəm. Təranə mənimlə qalmaqala başlayan gündən bütün ailəmin üzvlərinin bir-bir efirlərdə adlarını çəkib, hallandırır". 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.   

2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı.   
Onun iki qızı Suel və Adel Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır. 


Etiketlər:  Rəqsanə Təranə qızımın adına odnoklassnikdə səhifə açıb biabır etmişdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ