Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 22:38
İsrail Knessetinin (parlamenti) üzvləri Qəzza zolağı ətrafında aktiv hərbi əməliyyatların başlanması kontekstində vahid fövqəladə hökumətin yaradılmasını təsdiqləyiblər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, 66 deputat müxalifət liderlərindən birinin Benni Qantsın iştirakı ilə fövqəladə Nazirlər Kabinetinin yaradılmasının tərəfdarı olub, bir dənə də olsun parlamentari bunun əleyhinə səs verməyib.