Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu HƏMAS-ın hücumundan nə zaman xəbər tutub?

Netanyahu HƏMAS-ın hücumundan nə zaman xəbər tutub?

Tarix: 12 Oktyabr 2023 23:50

"İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan yalnız oktyabrın 7-si səhər saat 6:29-da xəbər tutub".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Nazirlər kabineti məlumat yayıb.

Qeyd edilib ki, hücumdan əvvəl ona məlumat verilməyib.

"Baş nazir Netanyahu məlumatı daha əvvəl deyil, döyüşlərin başladığı şənbə günü saat 06:29-da aldı", - Netanyahunun ofisinin bəyanatında deyilir.

Vurğulanıb ki, bu məlumatı aldıqdan sonra o, dərhal "Kiriyyə"yə (ölkə Müdafiə Nazirliyinin Baş Qərargahı) gedib, orada mövcud vəziyyəti dəyərləndirib, hərbi-siyasi kabineti çağırıb.

Qeyd edək ki, İDF sözçüsü Daniel Həcəri daha əvvəl hərbçilərin HƏMAS-ın hücumu ilə bağlı siqnallar aldığını, lakin kəşfiyyatın dəqiq məlumat vermədiyini etiraf etmişdi.

Milli.Az


Etiketlər:  Netanyahu HƏMAS ın hücumundan zaman xəbər tutub


RƏYLƏR