Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Zidanla danışıqlar aparır

''Real'' Zidanla danışıqlar aparır

Tarix: 13 Oktyabr 2023 14:50

Zinəddin Zidan yenidən İspaniyanın "Real" komandasının baş məşqçisi ola bilər.

Sonxeber.net "report"a istinadən bildirir ki,  51 yaşlı mütəxəssis Karlo Ançelottinin yerinə əsas namizəddir.

Tərəflər əməkdaşlığı bərpa etmək üçün danışıqlar aparır.

Daha əvvəl Ançelottinin karyerasını Braziliya millisində davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə Madrid təmsilçisinin "sükanı arxasında" olub. O, komanda ilə iki dəfə La Liqanı, eyni sayda ölkə Superkubokunu, üç dəfə isə UEFA Çempionlar Liqasını qazanıb.


Etiketlər:  Real Zidanla danışıqlar aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ