Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Varşavada naməlum şəxs abidənin üzərinə çıxaraq özünü partlatmaq istəyib - FOTO

Varşavada naməlum şəxs abidənin üzərinə çıxaraq özünü partlatmaq istəyib - FOTO

Tarix: 14 Oktyabr 2023 18:52

Polşada naməlum şəxs paytaxtdakı abidənin üzərinə çıxaraq özünü partlatmaqla hədələyir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə hadisə şahidləri bununla bağlı görüntülər paylaşırlar.

Bildirilir ki, Varşavanın mərkəzində yerləşən təyyarə qəzası qurbanlarının xatirəsinə ucaldılmış abidənin zirvəsinə çıxan şəxsin ayağında partlayıcı qurğuya bənzəyən əşya görünür.

Polis hadisə yerini mühasirəyə alıb. Bütün Pitsudski meydanı və ətraf küçələr təhlükəsizlik zonası təyin edilib.

Qeyd edək ki, 2010-cu il aprelin 10-da Respublika Prezidenti Lex Kaçinskinin başçılıq etdiyi Polşanın rəsmi nümayəndə heyəti "Tu-154M" hökumət təyyarəsi ilə Katına səfər zamanı faciə yaşanıb. Belə ki, görüntünün zəif olduğu və yerlə vizual təmasının olmaması şəraitində pilotlar təyyarəni endirmək qərarına gəliblər. Smolensk-Severnı aerodromunun uçuş-enmə zolağına bir neçə metr qalmış təyyarə əvvəlcə ağaclara, sonra isə yerə çırpılıb. Fəlakət nəticəsində təyyarədə olan 96 nəfərin hamısı həlak olub.

Həmin hadisənin xatirəsinə ucaldılan bu abidənin bir tərəfində faciə qurbanlarının adı, digər tərəfində isə polyak dilində "2010.04.10 tarixdə Smolensk yaxınlığında təyyarə qəzası qurbanlarının xatirəsinə" yazısı var.


Etiketlər:  Varşavada naməlum şəxs abidənin üzərinə çıxaraq özünü partlatmaq istəyib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ