Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ikinci aviadaşıyıcını İsrailə dəstəyə göndərdi

ABŞ ikinci aviadaşıyıcını İsrailə dəstəyə göndərdi

Tarix: 15 Oktyabr 2023 15:20

ABŞ "Duayt Eyzenhauer" aviadaşıyıcısını Aralıq dənizindəki Avropa Komandanlığının məsuliyyət zonasına göndərib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Donanması Komandanlığı məlumat yayıb.

Məlumata görə, "Duayt Eyzenhauer" HƏMAS-ın İsrailə hücumu ilə əlaqədar Aralıq dənizinin şərqində "Cerald Ford" aviadaşıyıcısına qoşulacaq.

"Duayt Eyzenhauer" aviadaşıyıcı zərbə qrupuna idarəolunan raketlərlə təchiz olunmuş "USS Philippine Sea" raket kreyseri, idarəolunan raketlərlə təchiz olunmuş "USS Laboon", "USS Mason" və "USS Gravely" esminesləri və 9 aviasiya eskadrilyası daxildir.


Etiketlər:  ABŞ ikinci aviadaşıyıcını İsrailə dəstəyə göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ