Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2023 20:15
Rusiya və Ermənistan aradakı körpüləri yandırıb. Ermənistan Baş naziri Nikol Paşinyan bir az da hakimiyyətdə qalmaq üçün rusları buradan çıxarmaq üçün hər şeyi edəcək.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın Politik.am saytı yazır.
Saytın iddiasına görə, Rusiyanın Paşinyanı əvəzləmək istəyini artıq açıq formada sezmək mümkündür, onun yerinə keçə biləcək namizədlər də görünməyə başlayıb:
"Müxtəlif fiqurlar peyda olub. Onların arasında yer alan keçmiş müdafiə naziri Arşak Karapetyan bir müddət əvvəl yeni hərəkatın başladığını elan etsə də, yoxa çıxıb.
Uzun müddətdir ruspərəst Qqer Avetisyan adlı iş adamı müsahibələr verir, onun Sergey Lavrovla fotolarını reklamlarla yayılan Feysbukda görmək olar.
Bu yaxınlarda bir neçə yerdə rusların seçiminin keçmiş baş nazir Tiqran Sərkisyan olduğu barədə məlumatlar yayıldı. Məlumata görə, Sərkisyanla bağlı danışıqlar uzun müddətdir gedir. Bəzi mənbələr isə iddia edirlər ki, artıq qərar verilib, Rusiya tərəfi onun üzərində dayanacaq.
İstəsək də, istəməsək də Paşinyanın gedişindən sonra rusların namizədlik məsələsinə müdaxilə edəcəkləri və prosesdə rol alacaqları aksiomadır. Bu, başqa məsələdir ki, Tiqran Sərkisyanın və ya müxalifətin digər namizədləri nə qədər güclüdür?"
Sayt qeyd edir ki, indi Ermənistan müxalifətində özünü "gələcək baş nazir" elan edənlər çoxdur.