Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2023 21:34
İsrail ordusu HƏMAS-la toqquşmalarda həlak olan hərbçilərinin sayını yeniləyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 289 hərbçisi həlak olub.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.