Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərreyl” avrokuboklarda mövsümə qələbə ilə start verib

“Azərreyl” avrokuboklarda mövsümə qələbə ilə start verib

Tarix: 17 Oktyabr 2023 21:28

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu avrokuboklarda 2023/2024 mövsümünə qələbə ilə start verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsinin ilk matçında inamlı qalibiyyət əldə edib.

Ukraynanın "Balta" klubunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul edən "Azərreyl" rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.

Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.

Milli.Az


Etiketlər:  Azərreyl avrokuboklarda mövsümə qələbə ilə start verib


RƏYLƏR