Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS Təl-Əvivi atəşə tutub

HƏMAS Təl-Əvivi atəşə tutub

Tarix: 18 Oktyabr 2023 21:36

HƏMAS hərəkatının silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadası Təl-Əvivin növbəti dəfə atəşə tutulduğunu elan edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə qrupun "Telegram" kanalında məlumat yayılıb.

Son iki saat ərzində bu, İzzəddin əl-Qəssam Briqadalarından şəhərə hücumlarla bağlı ikinci mesajdır.

Atışmanın nəticələri barədə məlumat verilmir.

Öz növbəsində, İsrail ordusunun mətbuat xidməti Təl-Əviv ərazisində və İsrailin mərkəzi hissəsində səslənən hava hücumu siqnalları barədə məlumat verib.


Etiketlər:  HƏMAS Təl Əvivi atəşə tutub


RƏYLƏR