Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 22:40
UEFA İsraildə beynəlxalq yarışların keçirilməməsinə qərar verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qərar növbəti bildirişədək qüvvədə qalacaq. Buna səbəb Qəzza zolağında başverənlərdir.
Oktyabrın 26-da keçirilməsi planlaşdırılan Avropa Liqasının "Vilyarreal" (İspaniya) - "Makkabi" (Hayfa, İsrail) oyunu dekabrın 6-na, Konfrans Liqasının "Makkabi" (Təl-Əviv, İsrail) - "Zarya" (Ukrayna) qarşılaşması isə noyabrın 25-nə salınıb.
Hayfa "Makkabi"sinin U-19 komandası isə UEFA Gənclər Liqasında iştirakdan imtina edib.