Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2023 21:58
Mərakeşdə dondurulmuş balıqlarda 1,37 ton kokain aşkarlanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Maghreb Arabe Presse" məlumat yayıb.
Konteynerlərdə gizlədilən şübhəli yüklə bağlı məlumat Krallığın Milli Təhlükəsizlik Baş İdarəsinə daxil olub.
Narkotik vasitənin mənşəyi və Mərakeşə çatdırılma marşrutunun müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, dondurulmuş balıq olan konteyner İspaniya vasitəsilə Latın Amerikası ölkələrindən gəlib.