Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2023 00:50
Bavariya vilayətinin daxili işlər naziri Yoahim Herrmann Bundestaqın iki deputatının Fələstinə verdiyi dəstəyə görə "Bavariya"nın mərakeşli futbolçusu Nussair Mazrauini Almaniyadan qovmaq çağırışına münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,o, 25 yaşlı müdafiəçini deportasiya etməyə ehtiyac olmadığını bildirib:
"Bir qayda olaraq, deportasiya yalnız yaşamaq hüququnuz olduqda və ağır cinayətlər törətdikdə mümkündür. Ona görə də "Bavariya" bu məsələ ilə özü məşğul olmalıdır. Çox dəyər verdiyim "Bavariya" oyunçularından isə belə açıqlamalar olmamalıdır" deyə Herrmann bildirib.
Qeyd edək ki, Mazraui daha əvvəl fələstinlilərə dəstəyini ifadə edərək, Mərakeş millisinin oyunçuları və məşqçilər heyətinin Afrika Kuboku öncəsi matçlar üçün bütün bonusları zərərçəkənlərə bağışlayacağını bildirmiş, həmçinin daha çox humanitar təşəbbüslər edəcəyinə söz vermişdi.