Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həzm sistemi üçün ən faydalı qidalar

Həzm sistemi üçün ən faydalı qidalar

Tarix: 24 Oktyabr 2023 04:51

Rusiyalı qastroenteroloq Aleksandra Alisova həzm üçün ən faydalı qidalar haqqında danışıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, bağırsaqlar həzmin vacib hissəsidir, çünki anticismləri istehsal edən bütün hüceyrələrin 70%-dən çoxu məhz burada cəmləşir.

Alisova qeyd edib ki, bağırsaqlarda yaşayan bakteriyalar lifi parçalayır və orqanizmə lazım olan vitaminləri istehsal edir. Buna görə də, sağlam bağırsaq bir çox xəstəliyin və iltihabın qarşısını almaqda əhəmiyyətli rol oynaya bilər.

Mütəxəssisin qeyd etdiyi kimi, bağırsaqlar üçün ən faydalı qidalar kokos, nanə və giləmeyvədir. Onun sözlərinə görə, bu məhsulların istehlakı qəbizlik, maddələr mübadiləsinin pozulması, bağırsaq xərçəngi və köpün qarşısını alır.


Etiketlər:  Həzm sistemi üçün faydalı qidalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ