Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Acun Ilıcalı başmaq fabriki açdı: İşçilərinin 80 faizini qadınlar təşkil edəcək - FOTO

Acun Ilıcalı başmaq fabriki açdı: İşçilərinin 80 faizini qadınlar təşkil edəcək - FOTO

Tarix: 24 Oktyabr 2023 14:00

Türkiyənin TV-8 kanalının sahibi, aparıcı Acun Ilıcalı iş adamı Fatih Mələklə birlikdə doğulduğu Ərzurum rayonunda başmaq fabriki açıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, fabrikdə 500 nəfər insan çalışacaq və işçilərin 80%-ni qadınlar təşkil edəcək.

Məlumata görə, 15.000 m2 sahəsi olan fabrikin açılışı üçün böyük mərasim keçirilib.

Avropanın ən böyük başmaq istehsalçılarından birinə çevrilmiş brendin Ərzurumun Ilıca rayonunda yerləşən fabriki illik 12 milyonluq yüksək istehsal gücü ilə bölgədə qadınların məşğulluğuna töhfə verməklə həm daxili, həm də xarici bazarda böyük marağa səbəb olub.

Fabrikin açılışına Acun Ilıcalı, Ərzurum valisi Mustafa Çiftçi, Ərzurum Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Sekmen və firma sahibi Fatih Mələk iştirak edib.

Milli.Az


Etiketlər:  Acun Ilıcalı başmaq fabriki açdı İşçilərinin 80 faizini qadınlar təşkil edəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ