Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 08:42
İranın dəstəklədiyi iddia edilən qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumlarının davam edəcəyi təqdirdə ABŞ-ın mümkün cavabına Tehran hazır olmalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Avstraliyanın Baş naziri Entoni Albanese ilə Ağ Evdə danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.
"Ayətullaha (Əli Xamenei nəzərdə tutulur - red.) xəbərdar edirəm: əgər onlar bu hərbi qüvvələrə qarşı fəaliyyətlərini davam etdirsələr, biz cavab verəcəyik. Və o, hazır olmalıdır", - ABŞ lideri bildirib.
Bayden qeyd edib ki, ABŞ qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq və onun bərpasının qarşısını almaq üçün çalışır, bunun İsraillə heç bir əlaqəsi yoxdur.